Hövzə Xəbər Agentliyinin məlumatına görə, Həzrət Ayətullah Cavadi Amuli qələmə aldığı bir yazıda İmam Hüseynin (ə) mübarək hərəminin ziyarətindən sonra ruhda olan «dəyişiklik və islah olunma» mövzusuna toxunaraq belə qeyd etmişdir:
Ziyarətin əsas ədəb qaydalarından biri də ziyarətçinin halında ziyarətdən sonra baş verən dəyişiklik və transformasiyadır.[1] Ziyarət niyyəti ilə yola çıxan, qəlbini və ağlını həqiqi dostuna təslim edən, özünü isə onun varlıq məqamında qərar verən və Həzrətin müqəddəs hərəmi ətrafında təvaf edən insan bilməlidir ki, ziyarət edən şəxsə İmam özu ona diqqət göstərir, onu öz himayə və hidayətindən uzaqlaşdırmır həmçinin ona məhəbbət bəsləyir və onu əziz qonaq kimi kərəm və ehtiramla qarşılayır. Bu yaxınlıq və ülfət nəticəsində insanın əxlaqı, davranışı, əməli, hətta düşüncə və inancı sevimlisi və məqsədinə uyğunlaşır, pislik və fəsaddan uzaqlaşır. Məhz bu daxili çevrilmə və mənəvi dəyişiklikdir ki, ziyarətçidən gözlənilir.
[1] Əd-durus, c. 2, s. 24
Kövsəre Ərbəin, s. 80
Rəyiniz